Azərbaycanda əhali üçün nəzərdə tutulan təbii qazın limiti artırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:48 Millimiz Avropada liderliyi ələ keçirib  |     12:37 Cənubi Koreya "DeepSeek" süni intellektindən istifadəyə müvəqqəti QADAĞA QOYDU  |     12:29 Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir  |     12:25 Ötən il 58 kişi gender əsaslı zorakılığa məruz qalıb - FOTO  |     12:22 Bakıda məşhur hotel bağlandı - VİDEO  |     11:47 İranda ard-arda zəlzələlər olub  |     11:40 Gecə Bakıda çoxmərtəbəli binada yanğın olub  |     11:33 Azərbaycanda gənc ana doğuşdan sonra ölüb  |     11:25 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb  |     11:02 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |    

Azərbaycanda əhali üçün nəzərdə tutulan təbii qazın limiti artırılıb

"Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb.

Median.Az
report-a istinadən xəbər verir ki, bu gün Tarif (Qiymət) Şurasının növbəti iclasından sonra iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda güzəştli tariflərdən əhalinin 85%-i istifadə edəcək: "Qərar sabahdan qüvvəyə minəcək. Hesablanma mayın 1-dən 1-nə hesablanacaq".

Nazir deyib ki, bu günədək istehlak həcmi 1700 kubmetr olan tarifdən 1,5 mln. abonent və ya 6 milyon nəfər istifadə edirdi: "Mövcud qərara əsasən, əlavə olaraq, 300 min abonenti (1,2 milyondan çox vətəndaş) istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərin xüsusi çəkisi 70%-dən 85%-ə yüksələcək".

Xatırladaq ki, Tarif Şurasının 1 dekabr 2016-ci il qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 642 30.04.19 19:30