Tonlarla Azərbaycan pomidoru Rusiyaya buraxılmadı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:30 İran səfirliyi Azərbaycanı təbrik edib  |     11:20 Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı  |     11:18 Dünən Qəbələdə baş verən atışmanın - TƏFƏRRÜATI  |     22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |     20:40 Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı  |     20:30 Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı  |    

Tonlarla Azərbaycan pomidoru Rusiyaya buraxılmadı

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan Rusiyaya aparılan 15,5 ton pomidoru ölkəyə buraxmayıb.

Median.Az
Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Rosselxoznadzor”un Dağıstan bölməsinin əməkdaşları “Yaraq-Qazmalyar” buraxılış məntəqəsində Azərbaycandan gələn 15,5 ton pomidoru saxlayıb.

Laboratoriya rəyinə əsasən, Azərbaycandan gətirilən məhsulda zərərli güvə aşkar edilib və məhsulun geri qaytarılması barədə qərar qəbul edilib. Zərərli güvənin kartof, badımcan və tütün məhsullarına da zərər vura biləcəyi deyilir. Yüklə bağlı protokol tərtib olunub və sahibi cərimələnib. Məhsul sərhəddən Azərbaycana geri qaytarılıb.

Qeyd edək ki, analoji hadisə ötən ay da baş vermişdi. Onda 16,2 ton Azərbaycan pomidoru Rusiyaya buraxılmamışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 732 29.04.19 22:06