Pensiya və müavinət alanlara şad xəbər - Bu gündən artım olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:37 Cənubi Koreya "DeepSeek" süni intellektindən istifadəyə müvəqqəti QADAĞA QOYDU  |     12:29 Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir  |     12:25 Ötən il 58 kişi gender əsaslı zorakılığa məruz qalıb - FOTO  |     12:22 Bakıda məşhur hotel bağlandı - VİDEO  |     11:47 İranda ard-arda zəlzələlər olub  |     11:40 Gecə Bakıda çoxmərtəbəli binada yanğın olub  |     11:33 Azərbaycanda gənc ana doğuşdan sonra ölüb  |     11:25 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb  |     11:02 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |    

Pensiya və müavinət alanlara şad xəbər - Bu gündən artım olacaq

Prezident İlham Əliyevin I qrup əlilliyə görə əmək pensiyasının, müharibə əlilləri və onlara bərabər tutulanlara, beşdən çox uşağı olan qadınların hər uşağına görə verilən müavinətlərin artırılmasını nəzərdə tutan sərəncamı qüvvəyə minib.

“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncama əsasən, yaşa görə sosial müavinətin məbləğinin 130, sosial müavinətin məbləğinin I qrup əlilliyə görə 150, II qrup əlilliyə görə 130, III qrup əlilliyə görə isə 110, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150, ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin 80, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılması əksini tapıb.

Eyni zamanda, I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdləri təsis olunub.

Sənədə əsasən, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği I qrup əlilliyə görə 250, II qrup əlilliyə görə 230, III qrup əlilliyə görə 210 manat təşkil edir.

Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunması və məbləği 100 manata çatdırılıb.

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 150 manata çatdırılıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 109 01.04.19 12:21