Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" | 12:50 Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO | 12:28 Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 154 alman şirkəti qeydiyyatdan keçib

31.01.2019 21:18 3 795
Azərbaycanda 154 alman şirkəti qeydiyyatdan keçib
İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, yüksək səviyyəli səfərlərin, aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb.

Ş.Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan və Almaniya arasında indiyədək ölkələrimiz arasında 70-dən çox sənəd imzalanıb. Qeyd edilib ki, Azərbaycanda 154 Almaniya şirkəti qeydiyyatdan keçib, Almaniya şirkətləri dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər.

Nazir iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, 2018-ci ildə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 61 faizdən çox artdığını qeyd edib.

Azərbaycan və Almaniya investisiya sahəsində də əməkdaşlıq edir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 572 mln. dollar, Azərbaycan tərəfindən isə Almaniyaya 124 mln. dollar investisya yatırılıb. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradıldığını diqqətə çatdıran nazir Şahin Mustafayev vurğulayıb ki, Dünya Bankının açıqladığı "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.

Ş.Mustafayev İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində indiyədək 379 sahibkar və menecerin Almaniyada ixtisasartırma kursu keçdiyini, 2019-cu ilin martında daha 16 sahibkar və menecerin Almaniyada təcrübə keçəcəklərini bildirib. Qeyd edilib ki, Sumqayıt Kimya Sənaye Parkında yaradılan Peşə Tədris Mərkəzində Almaniya təcrübəsindən istifadə olunacaq.

İqtisadiyyat naziri ölkələrimiz arasında energetika, sənaye, kənd təsərrüfatı, İKT, nəqliyyat, kiçik və orta sahibkarlıq, tullantıların emalı, investisiya, ticarət, turizm, təhsil, əczaçılıq, və s. sahələrdə əməkdaşlığın inkişafı imkanlarını vurğulayıb.

T.Barays Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qruplarının rolunu qeyd edib.

Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri, həmçinin Azərbaycanın sənaye parklarında, dövlət proqramları çərçivəsində həyata keçirilən layihələrdə Almaniya şirkətlərinin iştirakı, kiçik və otra biznesin inkişafı, Sumqayıt Kimya Sənaye Parkında Peşə Tədris Mərkəzində işləyəcək mütəxəssislərin Almaniyada ixtisasartırma kurslarına cəlb edilməsi və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.//milli.az

Son xəbərlər