Mojo.az Banner
16:15 Sumqayıtda bu yataqxanalar söküləcək — İcra Hakimiyyətindən açıqlama  |     16:04 Dənizdə batan şəxslər AzTV-nin əməkdaşının bacı və qardaşları imiş...  |     15:59 Xırdalanda BIÇAQLANMA: Kişi öldü, arvadı xəstəxanaya yerləşdirildi  |     15:47 Torpaqların konsolidasiyasına ən çox ehtiyac olan bölgə açıqlandı  |     15:29 Rusiya Silahlı Qüvvələri iki yaşayış məntəqəsini nəzarətə götürüb  |     14:55 İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı  |     14:46 Tehrandan Kiyevə sərt reaksiya: "İran lazımi addımlar atacaq"  |     14:34 Bakıda tanışlıq bəhanəsi ilə kişinin pulunu oğurlayan qadın SAXLANILDI  |     14:21 Hövsanın bəzi ərazilərində SU KƏSİLƏCƏK  |     13:31 Azərbaycan XİN Pakistana başsağlığı verib  |     13:25 Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub  |     13:17 İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi  |     12:54 "Real Madrid"in ulduzlarının transfer yalanı: Agentlik mediaya qarşı ayağa qalxdı  |     12:40 Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     12:35 İyulda neçə adamı gün vurub?  |     12:23 Bakıda DƏHŞƏTLİ ANLAR: Avtomobillər torpağın altında qaldı - VİDEO  |     11:51 Buzovnada dənizdə 3 nəfər batdı - Biri xilas edildi  |     11:31 Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü  |     11:29 Arvadını bıçaqlayan və balta ilə yaralayan şəxs barədə YENİ QƏRAR  |     11:28 QHT əməkdaşları Ağdərədə minaya düşdülər  |    
Left Banner
Right Banner

İlham Əliyev Almaniya nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO

31.01.2019 12:52 5 101
İlham Əliyev Almaniya nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 31-də Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı belə geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla Almaniya arasında əməkdaşlığın və tərəfdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirərək ölkələrimizin və biznes dairələrinin əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı maraq göstərməsindən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, həmin səfər çərçivəsində biznes nümayəndələri arasında çox səmərəli görüşlərin keçirildiyini vurğulayıb.

Dövlətimizin başçısı Tomas Baraysın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlıq prosesinin davam etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu söyləyib.

Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays qəbula görə nümayəndə heyətinin adından dövlətimizin başçısına minnətdarlığını bildirib və Almaniyanın Federal Kansleri xanım Angela Merkelin salamlarını dövlətimizin başçısına çatdıraraq bu səfəri Federal Kanslerin Azərbaycana səfərinin davamı kimi dəyərləndirib.

Tomas Barays səfərdən öncə Angela Merkellə görüşdüyünü qeyd edərək bildirib ki, xanım Kansler Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrin davam etdirilməsindən çox məmnundur. Ölkələrimizin ortaq tarixə malik olduğunu deyən Tomas Barays Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd edildiyini vurğulayaraq Prezident İlham Əliyevin bu mühüm tədbirə böyük töhfə verdiyini bildirib.

O, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə müxtəlif sahələri təmsil edən nümayəndələrin daxil olduğunu qeyd edərək onların Azərbaycanın əsl dostları olduğunu deyib və bu səfərin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən, energetika, neft-kimya, qeyri-neft sektoru, təhsil, peşə təhsili və digər sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, alman şirkətlərinin Azərbaycandakı sənaye zonalarına maraq göstərdikləri qeyd olunub, onların Sumqayıt Kimya Sənaye Parkında iştirakına dair məsələlər müzakirə edilib.

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Almaniyanın Federal Kanslerinə çatdırmağı xahiş edib.

* * * * *


Prezident İlham Əliyev yanvarın 31-də Almaniya Federativ Respublikasının federal iqtisadiyyat və energetika nazirinin müavini Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Median.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.




скачать dle 11.3
Mojo.az Banner