Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Araq satanlar fevralı gözləyir: bahalaşmaya hazırlaşırlar

24.01.2019 13:14 3 515
Araq satanlar fevralı gözləyir: bahalaşmaya hazırlaşırlar
Araqların qiymətində ötən ilin üçüncü rübündən başlayaraq, artımların baş verməsi nəzərə çarpır və pərakəndə ticarətçilər spirtli içkilərin qiymətində fevraldan yeni artım dalğasını gözləyirlər.

Hələ 2018-ci ilin avqust-sentyabr aylarından başlayaraq spirtli içkilərin qiymətində bahalaşma müşahidə olunub.

Xüsusən araqların qiyməti qalxıb və bu, idxal edilən xarici araqların satışına da təsir göstərib. Fevral ayında gözlənilən bahalaşmanın səbəbi ilə bağlı pərakəndə ticarətçilər hələlik məlumatsız olduqlarını deyirlər. 

Aksiz markası müəmması

Ümumilikdə, bu sektorda çalışan sahibkarlarla söhbətimizdən belə məlum oldu ki, spirtli içkilərin istehsalı lisenziyadan azad olunduqdan sonra bir neçə müəssisə yaradılıb. Bu müəssisələr vergi nəzarətindən və uçotundan kənarda qaldığından və üstəlik, “aksiz markasını fırlatdıqlarından” Azərbaycan bazarında ucuz içkilər peyda olmağa başlayıb. Hətta bəzən içkilərin qiyməti aksizin qiymətinə bərabər olurmuş.

Nəticədə, düzgün işləyən və düzgün aksiz vuran digər istehsalçılar rəqabətdə uduzur və iflas olmaq təhlükəsi ilə üzləşiblər. Məsələ burasındadır ki, qanuna əməl etməyən işbazlar dövriyyədən yayınmaqla yanaşı, daha baha qiymətə olan araq aksizi yerinə qablaşmaların üzərinə 20 dəfə daha ucuz şərab və hətta pivə aksizi belə vurublar. Aksizlər isə xarici görünüşünə görə fərqlənmədiyindən külli miqdarda qanunsuz qazanc götürüblər.

Araqda 3 dəfəlik artım, şərabda 2.5 dəfəlik düşmə

Əgər rəsmi qurumların məlumatlarını xatırlatsaq, sahibkarların bu sözlərində həqiqət olduğunu görərik. Yadınızdadırsa, 2018-ci ilin oktyabrında ölkə başçısının rəhbərliyi ilə keçirilən müşavirədə qanunsuz aksizlərlə bağlı ciddi məsələ qalxdı.

Bu sahədə açıqlanan son rəsmi məlumatlara görə, Vergilər Nazirliyi birbaşa müəssisələrdə aksiz postları qurandan sonra spirtli içkilərin dövriyyəsi birdən-birə 3 dəfə qalxdı. Maraqlı fakt odur ki, bu artımla yanaşı, şərab istehsalı üzrə rəqəmlər 2-2.5 dəfə düşdü. Ümumilikdə məhsul dövriyyəsi dəyişmədyi halda, arağın sayındakı artım dərhal şərabın sayındakı azalma ilə müşayət olundu, çünki şərab aksizini arağın üzərinə vurmağa imkan verilmədi.

Xatırladaq ki, arağın hər litrinə aksiz vergisinin qiyməti 2 manat, şərabın hər litrinə isə 10 qəpik təşkil edir. Ona görə də şərab istehsalının böyük rəqəmlərinin kölgəsində araq istehsalı da gizlənmişdi.   

Təmiz işləmək tapşırığı

Oxu.az-ın sahibkarlardan əldə etdiyi məlumata görə, ümumilikdə spirtli içkilərin qiymətində 10 faizlik bir artım var. Bu yaxınlarda isə vergilər naziri iri ticarət obyektlərinin rəhbərlərini görüşə çağıraraq, hamıya düzgün işləməyi, təmiz uçot aparmağı tapşırıb.

Ona görə də yaxın vaxtlarda statistik məlumatlarda hələ çox göstəricilərin dəyişdiyinin şahidi olacağıq. Bunun qiymətlərin artmasına təsiri ilə bağlı məlumatlar dolaşsa da, əmin olun ki, bu məlumatlarda ayrı-ayrı şəxslərin maraqları xüsusi rol oynayır.

Azərbaycanda mal, məhsulun düzgün uçot sisteminin yaranması və dövriyyənin şəffaflaşdırılması isə nəticə olaraq bütün vətəndaşlarımızın və ölkəmizin xeyrinədir.

Fevral gözləntisi

Bəs satıcılar nə deyir? Bir neçə marketdə apardığımız sorğu-sualdan belə məlum oldu ki, yerli araq istehsalçıları arasında yanvarın 1-dən bəzi brendlər üzrə qiyməti qaldıranlar var. Məsələn, “Baketnaya” markalı arağın 1 litri əvvəl 11 manat olduğu halda, indi 13 manatdır. Digər araqlar isə yay ayında bahalaşıb və hələlik qiymət artımı yoxdur. Bütün marketlərdə eşitdiyimiz eyni cümlə bu oldu:

“Qalxandan bəri onsuz da satışlara pis təsir edib. Deyiblər, fevraldan yenə qalxacaq. Görək, necə olur”.

Xatırladaq ki, fevral ayında aksiz vergisi ilə əlaqədar enerji içkilərinin qiymətlərində artım gözlənilir. Lakin aksizlə bağlı artımda spirtli içkilər bölməsinə rast gəlmədik.

Təklif: Aksizlər rənglə fərqlənsinlər

Onu da qeyd edək ki, spirtli məhsulların istehsalı Azərbaycanda böyük sahədir və burada böyük maraqlar var. Bu sahədə qayda-qanun yaratmaq üçün artıq bütün qurumlar səfərbər olub, hətta Qida Təhlükəsizliyi Agentliyi belə istehsalçılarla görüşüb.

Ümumiyyətlə, istehsalçılar arasında belə bir təkliflə çıxış edənlər var ki, süni qiymət artımı baş verməsin deyə, bu sahədə istehsalın maya dəyəri ilə bağlı təxmini hesablamalar aparılsın. Bundan başqa, aksiz markaları da rənglərinə görə fərqləndirilsin ki, aksizin qiymət fərqindən istifadə edənlər dərhal ifşa olunsunlar.
//oxu.az

Son xəbərlər