Bir neçə xarici şirkət Azərbaycandakı filialının ləğv olunduğunu elan edib.
Median.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bunlar “Chemonics İnternational İNC” və Böyük Britaniyanın “Beyker və Makenzi Sİ-AY-ES LİMİTED” şirkətləridir.
Hər iki şirkət Azərbaycandakı filialının fəaliyyətinə xitam verildiyini, eləcə də, ləğvetmə prosesinə başladığını açıqlayıb.
Bundan əlavə, “Nippon Koei Uk Go, LTD”, “SAMFA İnşaat Dekorasyon Peyzaj Sanayi ve Ticaret Limited”, “Simberg Partners Limited” şirkətlərinin Azərbaycandakı filialı bağlandığını bəyan edib.