Vergilər Nazirliyi sahibkarlara tam şəffaf fəaliyyət göstərmək üçün bu ilin sonuna qədər vaxt verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |    

Vergilər Nazirliyi sahibkarlara tam şəffaf fəaliyyət göstərmək üçün bu ilin sonuna qədər vaxt verib

Azərbaycanda vergi ödəyicilərinin sənədləşmələri qaydasında olmadığı təqdirdə, vergi orqanları onlara müvafiq sanksiyalar tətbiq edəcək.

“Report” xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Xaqani Abdullayev deyib.

“Müəyyən çətinliklər nəzərə alınaraq, vergi ödəyicilərinə ilin sonuna qədər vaxt verilir. 2019-cu il yanvarın 1-dən bütün vergi ödəyiciləri tam şəffaf fəaliyyət göstərməlidirlər. Keçid dövründə vergi hesablamaları və ödənişləri real vəziyyəti əks etdirməklə həyata keçiriləcək”, - o qeyd edib.

Nazirin müşaviri yeni dönəmdə vergi orqanlarının da qarşısına qoyulmuş tələbləri tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Bu gün vergi orqanlarının ən ümdə vəzifəsi vergi ödəyicilərinə yüksək səviyyədə xidmət göstərməkdir. Sahibkarların öz vergi öhdəliklərini rahat yerinə yetirmələri üçün vergi ödəyicilərinə göstərilən xidmətlər onların gözləntilərinə və tələblərinə uyğun formada qurulacaq və təkmilləşdiriləcək. Vergilər Nazirliyi ödəyicilərə kifayət qədər xidmətlər təklif edir və qarşılıqlı etimad şəraitində onları eşitməyə, qanuni tələblərinə baxmağa, kömək göstərməyə həmişə hazırdır”.

X.Abdullayev vergi ödəyiciləri ilə münasibətdə onların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb: “Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi dəqiqləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicilərinin iştirakı ilə araşdırılacaq, Apelyasiya Şurasının fəaliyyəti fəallaşdırılacaq, vergi administrasiyası daha açıq şəkildə çalışacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 754 14.03.18 13:10