Növbəti il üzrə dövlət büdcəsindən təhsil xərclərinə ayrılacaq vəsait açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

Növbəti il üzrə dövlət büdcəsindən təhsil xərclərinə ayrılacaq vəsait açıqlanıb

2025-ci il üzrə Azərbaycanda təhsil xərclərinə 4 milyard 946 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.

Bu da 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur.

Həmin xərclərin ÜDM-də xüsusi çəkisi 3,8 faiz (2024-cü illə müqayisədə 0,1 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 12 faiz (2024-cü illə müqayisədə 0,6 faiz-bənd çox) təşkil edəcək.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 2 milyard 347,6 milyon manatının və ya 47,5 faizinin ümumi təhsil xərclərinə, 750,7 milyon manatının və ya 15,2 faizinin ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 467,4 milyon manatının və ya 9,4 faizinin məktəbəqədər təhsil xərclərinə, 104,9 milyon manatının və ya 2,1 faizinin orta ixtisas təhsili xərclərinə, 82,2 milyon manatının və ya 1,7 faizinin peşə təhsili xərclərinə, 85,7 milyon manatının və ya 1,7 faizinin məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 28,3 milyon manatının və ya 0,6 faizinin əlavə təhsil və tətbiqi tədqiqatlara, 1 milyard 79,3 milyon manatının və ya 21,8 faizinin təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulub.

2024-cü illə müqayisədə ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi xərcləri 147,8 milyon manat və ya 24,5 faiz, məktəbəqədər təhsil xərcləri 16,3 milyon manat və ya 3,6 faiz, orta ixtisas təhsili xərcləri 3,5 milyon manat və ya 3,4 faiz, peşə təhsili xərcləri 5,1 milyon manat və ya 6,6 faiz, əlavə təhsil xərcləri 0,1 milyon manat və ya 0,5 faiz, təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər 434,2 milyon manat və ya 52,3 faiz artıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            870 18.11.24 13:47