Çörək bahalaşa bilər? - Ekspert » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

Çörək bahalaşa bilər? - Ekspert

Qazaxıstan və Rusiyada taxıl sahəsində yaranan qıtlıq, bu ölkələrdən Azərbaycana buğda idxalında yarana biləcək məhdudiyyətlərlə əlaqədar çörəyin qiymətinin bahalaşacağı deyilir. Bir müdət əvvəl isə Azərbaycanda unun topdansatış qiymətinin son aylarla müqayisədə aşağı düşdüyü üçün çörəyin ucuzlaşacağı gözlənilirdi.

Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, dünya bazarında, o cümlədən regionda baş verən proseslər iqtisadi qeyri-müəyyənlikləri artırır.

"Təbii olaraq, hər bir ölkə çalışır ki, ilk növbədə mühüm əmtəə qrupları üzrə daxili bazarını qorusun, lazım olan həcmdə məhsul çıxarsın. Bizim Rusiya və Qazaxıstanla kifayət qədər dayanıqlı ticarət əməkdaşlığımız var. Bu bizim daxili bazarın taxıl ilə təminatı nöqteyi-nəzərdən sabitliyin qorunmasına şərait yaradır. Amma Qazaxıstanda da, Rusiyada da buğda ixracı ilə bağlı müəyyən məhdudiyyətlər vaxtaşırı olur və belə olan halda qiymətlərə təsiri gözləniləndir”, - o qeyd edib.

Ekspertin fikrincə, dövlət müvafiq vergi yumşalmaları, gömrükdəki rüsumların azaldılması, sıfırlanması hesabına strateji məhsulların qiymətlərinin sabit saxlanılması üçün bəzi tədbirlər görür:

"Amma yenə də idxaldan asılılıq mütləq şəkildə bazardakı qiymətlərin qeyri-müəyyənliyini şərtləndirir. Düşünürəm ki, payız-qış aylarında ənənəvi olaraq çörəyə tələbin artması qiymətlərə müvafiq təzyiq göstərəcək. Biz lazımi ehtiyat fondunu təmin etsək, ən azı yaxın perspektivdə çörəyin qiymətinin sabit saxlanılması mümkün olar. Eyni zamanda davamlı şəkildə çörək istehsalçılarının daha əlverişli şərtlərlə kredit resurslarına çıxışlarını təmin etməliyik. Çünki son nəticədə kreditin baha olması bilavasitə qiymətlərə öz təsirini göstərir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            567 12.09.24 21:41