Mojo.az Banner
20:35 Qara və ya yaşıl çay: Orqanizm üçün hansı daha faydalıdır?  |     20:30 Braziliya bu ölkənin vətəndaşlarına vizanı ləğv edir  |     20:23 Cinayət kollegiyası baxılmış işlərin 5 faizində qərarı ləğv edib  |     20:18 Məktəblərdə qış tətili başlayır  |     20:10 Ağcabədidə şahmat müəllimi vəfat etdi  |     20:04 Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdı  |     19:59 Dələduzluğa görə axtarılan 10 nəfər saxlanıldı  |     19:40 "BakuBus" avtobuslarının katalizatorları oğurlanıb, şirkətə xeyli ziyan dəyib  |     19:28 Milli Qəhrəmanın nəvəsi doğuldu  |     19:20 Lerikdə polis faziləsiz rejimdə fəaliyyətini davam etdirir  |     19:10 Ötən gün polis əməkdaşları tərəfindən 6 avtomat, 25 tüfəng aşkarlanıb  |     19:04 Pakistanda hoteldə yanğın zamanı iki nəfər ölüb  |     18:59 Əbu-Dabidə keçirilən Ukrayna danışıqlarında müzakirə olunan məsələlər açıqlandı  |     18:36 Bu tarixdən kəskin soyuqlar düşəcək, qar yağacaq  |     18:30 "Qarabağ" "Kəpəz"ə uduzdu  |     18:23 İtkin düşən 5 nəfər tapıldı  |     18:21 Aktrisa Məsumə Babayeva DÜNYASINI DƏYİŞDİ  |     18:05 Çində yüksək rütbəli hərbçilərə qarşı istintaq başladıldı  |     17:40 "TikTok"da deputatları və icra başçılarını söyən şəxs HƏBS OLUNDU  |     17:21 Ukrayna üzrə danışıqların ikinci raundu bitdi - YENİLƏNİB  |    
Left Banner
Right Banner

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib

11.04.2024 18:24 1 701
Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib
Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3%, 2025-ci və 2026-cı illərdə isə 2,4% səviyyəsində proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair bu gün açıqladığı “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.

Yanvar ayında dərc edilən proqnoz ilə müqayisədə 2024-25-ci illərdə ÜDM-in artım tempi 0,1 faiz bəndi azalıb.

Bankın gözləntilərinə əsasən, bu il ölkədə iqtisadi artıma yeni neft platformalarının istismara verilməsi ilə əlaqədar xam neft hasilatının daha az azalması səbəb olacaq.

“Qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4%-ə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub-saxlanacağı gözlənilir. Tələbə gəlincə, istehlak artımının sabitləşəcəyi, dövlət sərmayələri ilə dəstəklənən, lakin özəl investisiyalardakı anemik artım ilə məhdudlaşdırılan investisiya artımının isə mülayim qalacağı proqnozlaşdırılır”, - hesabatda deyilir.

Dünya Bankı ortamüddətli perspektivdə ÜDM-in artım tempinin 2,4% civarında olacağını, lakin struktur islahatlarının daha sürətlə həyata keçirilməsi ilə dəstəklənəcəyi təqdirdə artımın sürətlənə biləcəyini proqnozlaşdırır.

Eyni zamanda, 2024-26-cı illərdə kənd təsərrüfatında 3% (2023-cü ildəki 3,2%-lik artıma qarşı), sənayedə 0,2% (2023-cü ildəki 0,9% azalmaya qarşı), xidmət sektorunda 2024-25-ci illərdə 5,3%, 2026-cı ildə 5,2% (2023-cü ildəki 3,8% artıma qarşı) artım gözlənilir.

Hesabata əsasən, əsas kapitala ümumi investisiya 2024-cü ildə 5,4%, 2025-ci ildə 3,9%, 2026-cı ildə isə 3,5% artacaq. 2023-cü ildə artım 9,6% olmuşdu.

“Neft hasilatının azalması və qeyri-enerji sektorunda ləng artım nəticəsində 2023-cü ildə Azərbaycanın iqtisadi artımı 1,1%-ə qədər geriləyib. Xarici və daxili təzyiqlərin azalması nəticəsində illik inflyasiya kəskin şəkildə azalaraq 2,1%-ə düşüb. Yüksək enerji qiymətləri əhəmiyyətli xarici və büdcə profisitinə gətirib çıxarıb. Ortamüddətli dövrdə xam neft hasilatının azalması yavaşladığı və qeyri-enerji sektorunun artımı sürətləndiyi üçün artımın təxminən 2,5%-ə yaxınlaşacağı proqnozlaşdırılır”, - bankın analitikləri bildiriblər.

Onların fikrincə, 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi iqlim dəyişikliyinin yumşaldılması və ona uyğunlaşma istiqamətində səyləri gücləndirmək üçün fürsət ola bilər:

“Təhrifli qalıq yanacaq subsidiyalarının aradan qaldırılması emissiyaları əhəmiyyətli dərəcədə azalda və yaşıl iqtisadiyyata keçidi sürətləndirə bilər”.

Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4% səviyyəsində proqnozlaşdırır.скачать dle 11.3