Şərur şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:12 Qonşusunu öldürən şəxsə hökm oxundu  |     12:11 Azərbaycanda fiziki şəxslərə kredit verilməsi ilə bağlı YENİ QƏRAR  |     12:10 Naxçıvanda mərkəzə direktor TƏYİN OLUNDU  |     12:09 Qohumunun arvadı ilə qaçan şəxsi döyüb öldürənlərlə bağlı QƏRAR  |     12:08 Qazax və İmişli sakinləri evlərində ölü tapılıblar  |     12:06 Bakıda avtomobil 5 yaşlı uşağı vurub  |     11:47 Kəlbəcərdə qəza: Yolu keçən gənci maşın vurdu  |     11:46 Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb  |     11:46 Bu gündən məktəbəhazırlıq qruplarında tədris yekunlaşır  |     11:45 Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb  |     11:43 "WhatsApp" qrup çatları ilə bağlı yeni FUNKSİYA - FOTO  |     11:41 Trampla bağlı qərar AÇIQLADI: 136 illik həbs cəzası ala bilər  |     11:39 Yuxuda yıxılma hissinin müalicəsi varmı? - VİDEO  |     11:37 Bakıda iki yeniyetmə binanın damına çıxaraq həyatlarını təhlükəyə atdı - VİDEO  |     11:36 Abşeronda itkin düşən məktəbli tapıldı: "Özü qaçıbmış" - VİDEO  |     11:32 Bakı bulvarından Qız qalasına gedən gizli yol - VİDEO  |     11:28 Elmar Məmmədyarov və Əbülfəs Qarayevdən Şuşada maraqlı söhbət - VİDEO  |     11:24 Şimali Koreya növbəti addımını atır: GPS siqnallarına müdaxilə  |     11:16 İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi  |     22:59 Tənbəlliyə qalib gəlmək üçün ƏN VACİB 5 ADDIM  |    

Şərur şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib

Şərur şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin açılışı olub.

"Report"un yerli bürosu xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, 2023-cü il Naxçıvan Muxtar Respublikası üçün çox əlamətdar olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Sevindirici haldır ki, proqramda qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin də dəstəyi ilə muxtar respublikada vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib və artıq bu gün növbəti belə mərkəzin açılışında iştirak edirik. Qeyd olunub ki, yeni xidmət mərkəzləri vergi ödəyicilərinin maarifləndirilməsinə, şəffaflığın artırılmasına, sahibkarlığın inkişaf etdirilməsinə öz töhfəsini verəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müasir üslubda inşa olunmuş mərkəzin açılışının Naxçıvanda vergi ödəyicilərinə xidmət dairəsinin genişləndirilməsi tədbirlərinin növbəti mərhələsi olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, yeni xidmət mərkəzləri vergi ödəyicilərinə müasir xidmətlər göstərməklə yanaşı, bu sahədə qarşıya qoyulan tapşırıqların da uğurla həll olunmasına imkan verəcək.

Sonra Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə tanışlıq olub. Tədbir iştirakçıları mərkəzin tikinti prosesi haqqında videoçarxa baxıb, mərkəzin texniki imkanları və vergi ödəyiciləri üçün yaradılmış şəraitlə tanış olublar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 27 fevral 2024-cü il tarixli sərəncamına əsasən xidmətin təltif olunan bir qrup əməkdaşına “Rəşadətli əməyə görə” döş nişanları təqdim olunub.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            531 27.02.24 21:20