Fevralın 9-da pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 British Shorthair pişiyini saxlamaq neçəyə başa gəlir?  |     22:47 “Samsung” “Apple”ı geridə qoyaraq dünya lideri oldu  |     22:39 Dırnaqların görünüşünə görə xəstəliyi necə təyin etmək olar?  |     22:30 Uşaqlar üçün ağıllı saatlar - Valideynlər övladlarının hərəkətlərini izləyəcəklər  |     22:25 Misir fironu Ramzesin qalıqları tapıldı  |     22:19 Qlobal istiləşmə beyin sağlamlığına ziyan vurur - ARAŞDIRMA  |     22:08 İsmayıllıda icra nümayəndəsi ölüb  |     22:02 Ağsuda qonşu qonşunu güllələdi  |     21:55 Türkiyənin ilk astronavtı qəzaya düşdü  |     21:47 İyunun havası: Temperatur 39 dərəcəyə yüksələcək  |     21:38 Taksi sürücüləri niyə imtahan verməlidir?  |     21:33 Aptek vitaminləri immuniteti möhkəmləndirmir  |     21:29 Bu şəxslər 12 min manat cərimələnəcək  |     21:16 Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala vəsiqə qazanıb  |     21:10 Ekspert: Ukrayna Rusiyaya “F-16”larla zərbələr endirə bilər  |     21:03 "İmişli" klubu Əsgər Abdullayevlə yolları ayırıb  |     20:57 Aİ Rusiyaya yardım etdiyinə görə Şimali Koreyadan olan 9 nəfər və təşkilata qarşı sanksiya tətbiq edib  |     20:54 Bu ölkələr Ukraynaya 17 milyardlıq yardım göndərdi  |     20:51 İranda prezidentliyə namizəd olmaq istəyən yeddi iddiaçının adı açıqlanıb  |     20:39 Güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ  |    

Fevralın 9-da pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək.

Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək.

Müvafiq qrafikə uyğun olaraq gələn həftə ərzində respublikamızın digər bölgələri üzrə fevral ayının pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin bu ay üzrə pensiyalarının da indeksləşdirmə əsasında artırılmış məbləğlə ödənişi nəzərdə tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            891 06.02.24 12:42