“Muğan Bank”ın əmanətçilərinə 100 milyon manatdan çox kompensasiya ÖDƏNİLİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Meksika körfəzində delfinlərin bədənində narkotik tapıldı  |     22:55 Sosial şəbəkələr çökdü  |     22:49 Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı  |     22:26 İrəvandan Bakıya təyyarə uçub - Göyərtədə kimlər olub?  |     21:57 Tbilisidə yenidən aksiya keçirilir  |     21:47 Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib  |     21:35 Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər  |     21:26 Əsəd Suriyadan necə qaçıb? - Detallar açıqlandı  |     21:20 "Bayramqabağı düyü yenidən bahalaşacaq" (AÇIQLAMA)  |     21:13 Bu ərazilərdə böyük söküntü olacaq - Tarix və kompensasiya  |     21:05 Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı  |     21:00 Gələn ildən sığorta hissəsi 9% yüksələcək pensiyalar neçə manat artacaq? - VİDEO  |     20:53 ABŞ Ukrayna F-16-larına xidmət üzrə $265 milyonluq müqaviləni təsdiqlədi  |     20:41 Azərbaycan boksçusu 50 min dollar mükafat qazandı  |     20:33 Atakama xəndəyində yeni dərin dəniz yırtıcısı tapıldı  |     20:27 TƏBİB Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı açıqlama verib  |     20:19 Putin Mirziyoyev ilə Suriya və Ukraynanı müzakirə edib  |     20:13 Dəməşqdə komendant saatı ləğv edilib  |     20:04 Bakıda liposaksiya etmək istəyən qadının ölümünə görə həkim cinayət məsuliyyətinə cəlb edilib  |     19:59 Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb  |    

“Muğan Bank”ın əmanətçilərinə 100 milyon manatdan çox kompensasiya ÖDƏNİLİB

Əmanətlərin Sığortalanması Fondu tərəfindən, ləğv prosesində olan “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2 983 nəfərə 100 milyon 951 min manat kompensasiya ödənişi həyata keçirilib. Bu isə ləğv prosesində olan “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

Kompensasiya ödənişləri agent banklar - “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.

“Əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcək və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz”, - qurumdan bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 269 29.11.23 11:27