Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Muğanbank”ın işçiləri niyə kompensasiya ala bilmirlər? - AÇIQLAMA

21.11.2023 14:39 4 200
“Muğanbank”ın işçiləri niyə kompensasiya ala bilmirlər? - AÇIQLAMA
“Bağlanan “Muğanbank”ın 500-ə yaxın işçisi kompensasiya ala bilmir. Buna səbəb Əmanətlərin Sığortalanma Fondunun işçiləri “70 a” maddəsi ilə işdən kənarlaşdırmaq əvəzinə “68 c” maddəsi ilə uzaqlaşdırmasıdır”.

Bu iddia ilə “Qafqazinfo”ya “Muğanbank”ın bir qrup əməkdaşı müraciət edib.

Onlar bildiriblər ki, sözügedən maddə ilə uzaqlaşdırılan əməkdaşlar isə işsizlikdən sığorta üçün də müraciət edə bilmirlər:

“68 c” maddəsində qeyd olunur ki, işçiyə təklif olunan əməkhaqqı ilə işdə qalıb davam edə bilər. Halbuki çox aşağı əməkhaqqı verirlər. Aydın məsələdir ki, əksər işçilər bu şərtlərlə razılaşmırlar. Nəticədə onlara elə bir şərait yaradılır ki, özləri işdən imtina edirlər. Bunu isə ona görə edirlər ki, ləğv olunan bankın işçilərinə kompensasiya verməsinlər. 500-dən artıq işçinin haqqına girirlər. Əslində bizdən qabaq da digər banklar bağlanıb və onlarda proses şəffaf olub, belə problem yaşanmayıb. Bu maddə ilə uzaqlaşdırılan işçi işsizlikdən sığorta üçün də müraciət edə bilmir”.

Problemlə bağlı Əmanətlərin Sığortalanma Fondundan bildirilib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi müəssisə ləğv edildikdə işçilərin əmək müqavilələrinə xitamını özündə ehtiva edir:

“Ləğv prosesində olan “Muğanbank” ASC-yə münasibətdə bildiririk ki, müəssisə ləğv edilməyib, müəssisəyə müvafiq qurum tərəfindən verilmiş bank lisenziyası ləğv edilib. Yəni ləğv prosesində olan “Muğanbank” ASC kredit vermir, əmanət qəbul etmir, pul köçürmələrini həyata keçirmir və s. bu kimi bank fəaliyyətini özündə cəmləşdirən funksiyaların icrasını təmin edə bilmir. Bank hüquqi şəxs olaraq ləğvetmə prosesindədir və hüquqi şəxs olaraq fəaliyyətini davam etdirir. Qeyd edilən səbəbdən ləğv prosesində olan “Muğanbank” ASC-nin işçilərinin əmək müqavilələrinə sözügedən əsasla xitam verilməsi qanunla nəzərdə tutulmayıb. Bankın müflis elan edilməsi bankın aktiv fəaliyyəti dövründə zəruri olan bəzi strukturlara olan tələbatı aradan qaldırıb. Bu səbəbdən ştat cədvəlinin yenidən formalaşdırılması və işçilərin azaldılması istiqamətində ləğvedici tərəfindən qanunamüvafiq tədbirlər görülməkdədir”.

Qurumdan həmçinin bildirilib ki, qanunla nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən ləğv prosesində olan “Muğanbank” ASC-nin ixtisar ediləcək işçilərinə xəbərdarlıq edilib, əmək şəraiti şərtləri dəyişdiriləcək işçilərinə bu əsasla bildiriş verilib, öz xahişi ilə azad olmaq istəyən işçilər həmin əsasla işdən azad ediliblər:

“Yəni bu onun göstəricisidir ki, qanunla nəzərdə tutulmuş hər üç hala rast gəlmək mümkündür. Nəzərinizə çatdırırıq ki, “Muğanbank” ASC-nin Bankın müflis elan edilmə tarixinə 530 nəfər işçi heyəti olub. Məlumdur ki, bankın lisenziyasının ləğvinə səbəb olan əsas amil sözügedən bankda kapital çatışmazlığı, adekvatlıq əmsallarının qanunla müəyyən edilmiş qaydada olmaması ilə bağlı olub.

Eyni zamanda diqqətinizə çatdıraq ki, ləğv prosesində olan bankın sonrakı fəaliyyətində lazımi işçi heyəti ilə ləğvedici arasında əmək münasibətləri davam etdirilir”.

Son xəbərlər