Fatih Birol: “Dünya neft bazarı çox böyük tərəddüd və qeyri-müəyyənlik astanasındadır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:36 İşlənmiş elektromobil bazarı: Təklif çox, tələb az  |     22:27 Aİ Azərbaycanda minaların təmizlənməsi üçün əlavə 10 milyon avro ayıracaq  |     22:20 Günəş vannası qəbul edənlərə onkoloqdan XƏBƏRDARLIQ  |     22:14 Zaqatalada FACİƏ: boğazında alça qalan kişi öldü  |     22:09 50 yaşdan sonra səhər yeməyində nələrə fikir vermək lazımdır?  |     22:01 Azərbaycanlıdan rüşvət alan polis həbs olundu  |     21:58 Biləsuvarda 21 yaşlı oğlan özünü ağacdan asdı  |     21:51 “Azərkosmos”un vəzifələri artırılıb  |     21:46 “Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb” demişdi - Cəza aldı  |     21:40 Paytaxtda içki və ərzağa 5 milyarddan çox xərclənib  |     21:33 “Narkoman olduğunu öyrənəndə artıq gec idi...” - Video  |     21:33 Məşhur pilotun ailəsini şantaj edən ata və oğul saxlanılıb  |     21:27 Tacir Şahmalıoğlu vergi ödəmir? (VİDEO)  |     21:20 ABŞ administrasiyası Ukraynanın uğur strategiyası ilə bağlı öz baxışını açıqladı  |     21:16 Bu imtahan pullu olacaq  |     21:11 Netanyahu Qəzzada yalnız “qismən” atəşkəsə hazır olduğunu dedi  |     21:02 Bu şəxslərin hamısı gələn ilə qədər evlə təmin olunacaq  |     20:55 Sabah hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək  |     20:50 Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb  |     20:41 Qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydaları təsdiqlənib  |    

Fatih Birol: “Dünya neft bazarı çox böyük tərəddüd və qeyri-müəyyənlik astanasındadır”

“Dünyanın neft və təbii qaz tədarüklərinə artan geosiyasi təhdidlər - antropogen iqlim dəyişikliyi ilə bağlı narahatlıqlara əlavə olaraq - qalıq yanacaqların etibarlı və təhlükəsiz enerji mənbələri kimi cəlbediciliyini daha çox sarsıdır”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol “S&P Global Commodity Insights” beynəlxalq agentliyinə müsahibəsində deyib.

“Neft bazarı çox böyük tərəddüd və qeyri-müəyyənlik astanasındadır. Məsələ bir və ya bir neçə neft istehsalçısı olan ölkənin böhrana qarışıb-qarışmamasındadır. Bu belədirsə, bazarın tədarüklərdə fasilələr və yüksək qiymətlər planında əziyyət çəkəcəyini görə bilərik”, - o vurğulayıb.

Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişənin daha geniş yayılması qorxusu “OPEC+” ölkələrinin tədarüklərini könüllü şəkildə azaldılması ilə Ukraynada davam edən münaqişə və Rusiyaya qarşı sanksiyalarla bağlı artan geosiyasi risklərin birləşməsi neft bazarlarında yüksək əhvali-ruhiyyəni gücləndirib: “Qərbin Rusiya neftinin ixracına tətbiq etdiyi sanksiyalar ötən il Ukraynada müharibə başlayandan sonra xam neft və dizel yanacağının Avropaya axınının strukturunu dəyişib. Yəmən isə Yaxın Şərqdə artan eskalasiya səbəbindən qlobal neft bazarları üçün potensial güclü nöqtəyə çevrilib”.

“S&P Global Platts”ın hesablamalarına görə, 2023-cü ilin əvvəlindən “Brent” markalı neftin qiyməti təxminən 13 ABŞ dolları artıb.

F.Birol qeyd edib ki, insanlar ekstremal hava hadisələrini də qalıq yanacaq istifadəsi ilə əlaqələndirirlər və iqlim böhranının dərinləşməsinə də cavabdehdirlər.

Oktyabrın 12-də neft bazarı ilə bağlı son aylıq hesabatında IEA, İsraildə münaqişənin eskalasiyası Yaxın Şərqdən neft tədarükünə təsir edərsə, strateji ehtiyatların koordinasiyalı buraxılması ilə addım atmağa hazır olduğunu bildirib. İsrail və HƏMAS arasındakı qarşıdurmanın bu günə qədər fiziki neft tədarükünə birbaşa təsir göstərmədiyini qeyd edən IEA, bu qarşıdurmanın siyasi cəhətdən bütün Yaxın Şərqə yayıla biləcəyinə dair hər hansı bir əlamət olarsa, beynəlxalq ictimaiyyət regiona neft axınları üçün mümkün risklərə diqqətini artıracaq.

Gələcəyi nəzərə alan F.Birol xəbərdarlıq edib ki, Qərbin Rusiyanın neft və təbii qazından uzaqlaşması bu təbii ehtiyatların tədarükünün tələb və təklif perspektivləri üçün uzunmüddətli nəticələrə səbəb olacaq.

Oktyabr ayında dərc olunan 2023-cü il Dünya Enerji Perspektivləri hesabatında IEA bildirib ki, onun mərkəzi ssenarisinə əsasən, kömür, neft və təbii qaza qlobal tələbin, əsasən günəş enerjisi sahəsində sürətli irəliləyişlə əlaqədar olaraq onilliyin sonuna qədər pik həddə çatacağı gözlənilir.

“Hökumətlər, şirkətlər və investorlar ekoloji təmiz enerjiyə keçidi dəstəkləməli və ona müdaxilə etməməlidirlər. Çünki bu, yeni sənaye imkanları və iş yerləri, daha çox enerji təhlükəsizliyi, daha təmiz hava, hər kəsin enerjiyə çıxışı və hamı üçün təhlükəsiz iqlim daxil olmaqla böyük üstünlüklər təklif edir”, - o bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            930 08.11.23 21:39