Cari ilin 4 ayı ərzində Belarusun idxal etdiyi 1,575 milyon ABŞ dolları dəyərindəki neftin 131 milyon ABŞ dolları Azərbaycanın payına düşür.
“Report” bu barədə “Angi”yə istinadən xəbər verir.
Bütövlükdə “SOCAR Trading” şirkətinin Belarus tərəfilə imzaladığı müqaviləyə görə cari ildə sözügedən ölkəyə 1 milyon tonadək neft ixrac olunacaq. Yanvar – mart ayları ərzində Belarusa dörd partiyaya 360,1 min ton neft tədarük edilib.
Qeyd edək ki, aprelin 14-də SOCAR ilə Belarusun “Belneftexim” dövlət şirkəti arasında imzalanmış anlaşma memorandumunda Belarusda istehsal edilən neft məhsullarının birgə ixracatı, Azərbaycan neftinin Belarus bazarında birgə satışı, habelə müştərək sərmayə layihələrin icrası nəzərdə tutulur.