Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsal etdiyi koks Hindistana nəql olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən verilən məlumata görə, hazırda həmin yük Gürcüstanın Poti limanına nəql edilir.
Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşınır burada yük gəmilərinə aşırıldıqdan sonra dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır.
İlkin olaraq 2021-ci ilin əvvəlindən bu günə qədər 25 min ton koks Hindistana çatdırılıb ki, onun axırıncı partiyası 1 min tonu artıq yola salınıb. Bu ayda daha 25 min ton koksun nəql olunması nəzərdə tutulub.
Qeyd edək ki, “ADY Express” şirkəti 2020-ci il noyabr-dekabr aylarında 27 min ton koksu Poti limanına daşıyıb ki, həmin yüklər də Çinə nəql edilib.