Dünya bazarlarında 2020-ci ilin fevralın 20-dən bu yana ilk dəfə “Brent” markalı neftin bir barelinin qiyməti 59 dolları ötüb.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Nəşr qeyd edir ki, bu gün “Brent” markalı neftin bir barelinin dəyəri 59.04 dollara qədər yüksəlib.
OPEK+ nazirlərinin monitorinq komitəsinin neft bazarında balanslaşmanın dərhal sürətləndirilməsinin vacibliyi barədə bəyanatı neftin qiymətlərinə təsir göstərib. Komitə bildirib ki, neftə tələbat yaxın vaxtlarda qeyri-müəyyən olaraq qalacaq, ancaq koronavirusa qarşı vaksinasiyanın yayılması tələbatın artmasına zəmin yaradacaq.