İxrac coğrafiyamızda əsas yeri Türkiyə və Pakistan tutacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |     21:38 "Real"ın ulduz futbolçusu zədələnib  |     21:30 Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub  |     21:24 İran SWIFT sistemini ACUMER-lə əvəzləyib  |     21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |    

İxrac coğrafiyamızda əsas yeri Türkiyə və Pakistan tutacaq

“Made in Azerbaijan” brendinin ixrac bazarlarında tanıdılmasına fokuslandığımız müəyyən ölkələr mövcuddur. Bura ənənəvi bazarlardan Rusiya Federasiyası, Orta Asiya, eyni zamanda Asiya bazarları, Uzaq Şərqdə Çin, Cənubi Koreya, İndoneziya, Vyetnam, Yaponiya kimi bazarlar aiddir”.

Bu haqda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Yusif Abdullayev məlumat verib.

O bildirib ki, Avropaya gəldikdə isə daha çox Almaniya, Polşa, İngiltərə və paralel olaraq ABŞ istiqamətində ixracı genişləndirməyi planlaşdırırıq. Eləcə də, Preferensial Ticarət Sazişinin icraat mərhələsində Türkiyə Respublikasına da ixracın artırılması gözlənilir. Həmçinin Pakistan da yeni ixrac coğrafiyamızda əsas yeri tutacaq.

Y.Abdullayev əlavə edib ki, milli ixrac strategiyamıza görə 2021-2025-i illər ərzində ölkənin ixrac dəyərinin 2020-ci ilə nəzərən maksimuma çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, strategiyanın bir hissəsi kimi İxrac Akademiyası layihəsi hazırlanıb. Bu layihə ilə ixracatçılar və onların əməkdaşları akademiyaya müraciət edərək kurs keçib öz biliklərini daha da artıra biləcəklər. Layihəyə aprel ayında start verilməsi gözlənilir.

Fondun prezidenti qeyd edib ki, növbəti dövrdə xarici ölkələrdə ticarət evlərinin açılması istiqamətində yeni konsepsiya əsasında işlər görüləcək və bu ticarət evləri ilkin mərhələdə məhsullarımızın tanıdılması üçün platforma olacaq. Yaxın dövrdə isə Yaponiya və Pakistanda ticarət evlərinin açılması planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            738 28.01.21 14:11