Bank sektorunun ötən il ərzindəki gəlirləri açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Bank sektorunun ötən il ərzindəki gəlirləri açıqlanıb

Azərbaycanda bank sektoru 2020-ci ili mənfəətlə başa vurub.

Bank sektoru ötən il 567,8 milyon manat xalis gəlir əldə edib. 2019-cu ilin yekun gəlirləri ilə müqayisədə banklar xalis gəlirlərin həcmini 5,7 faiz artırıb.

Belə ki, ötən il Azərbaycanda bank sektoru faiz və gəlirlərin bu qəbildən olan növlərindən ümumi 1 milyard 920,5 milyon manat vəsait cəlb edib. O cümlədən, kreditlər üzrə faizlərdən 1 milyard 519,5 manat vəsait əldə edilib ki, bu vəsaitin həcmi isə əvvəlki ilin yekunları ilə müqayisədə 6,9 faiz artıb. Bankların xalis faiz gəlirlərinin həcmi isə 2019-cu ilin yekun nəticələrinə nəzərən 2,84 faiz artaraq 1 milyard 368,1 manat təşkil edib.

Bank sektorunun faiz və onlara bağlı xərclərinin həcmi 492,5 milyon manat təşkil edib ki, bu, 2019-cu ilin yekun göstəriciləri ilə müqayisədə 10,1 faiz azdır.

Dövrün sonuna bank sektorunun qeyri-faiz gəlirlərinin həcmi 672,1 milyon manat, qeyri-faiz xərclərinin həcmi isə 1 milyard 236,5 milyon manat təşkil edib.

Banklar bu dövrdə 803,7 milyon manat dəyərində əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin yekunlarına nisbətən 5,34 faiz azalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            678 27.01.21 16:51