Beynəlxalq Valyuta Fondu (BVF) cari il üçün dünya neft qiymətləri (ortalama - red.) üzrə proqnozunu 3,3 dollar artıraraq 50,03 dollaradək yüksəldib.
Median.Az APA-ya istinadən xəbər verir ki, BVF-nin qiymətləndirmələrinə görə, ötən il neftin bir barelinin orta qiyməti 41,29 dollar təşkil edib.
Hesabatda qeyd edilir ki, 2021-ci ildə neft qiymətlərində artım gözləntiləri qlobal iqtisadiyyatın proqnozlaşdırılan bərpa olunmasını əks etdirir. Hesabatda neft qiymətlərində gözlənilən artıma baxmayaraq, onların 2019-cu ildə müşahidə edilən göstəricidən xeyli aşağı olacağı da vurğulanır.
Bununla yanaşı, BVF 2022-ci ildə neftin bir barelinin 48,82 dollar səviyyəsində olacağını da proqnozlaşdırır.