Çörək və unun satışı vergidən azad olunur, aksizli malların dərəcələri artırılır - YENİLİKLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Çörək və unun satışı vergidən azad olunur, aksizli malların dərəcələri artırılır - YENİLİKLƏR

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il əlavə dəyər vergisindən azad olunacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Başqa sözlə, vergidən azadetmə 2022-ci ilədək davam edəcək.

Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək ƏDV ödənişindən azad edilmişdi.

Digər dəyişikliklə Azərbaycanda kəpəyin istehsalı və satışı vergidən daha 1 il vergidən azad olunur.

Kəpəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.

Layihəyə əsasən, həmçinin Azərbaycanda aksizli malların siyahısı genişləndirilməsi təklif edilir.

Aksizli malların siyahısına aşğıdakılar daxil edilir:

- Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər;

- Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları.

Həmçinin Azərbaycanda bir neçə aksizli malların dərəcələri artırılır.

Siqarillanın (nazik siqarlar) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            750 26.01.21 17:19