“Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına təsirlərinin yumşaldılması istiqamətində mühüm işlər görüb”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib .
Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində iqtisadi tənəzzülü nisbətən yumşaltmaq mümkün olub:
“Bu ilin yanvar-noyabr aylarında vergilər hesabına dövlət büdcəsinə 6,8 milyard manat vəsait daxil olub. O cümlədən qeyri-neft sektoru üzrə daxilolmalar artıb. Bunun da səbəblərindən biri qeyri-neft sektorunda çalışan işçilərin əməkhaqqının tam şəkildə vergi sisteminə daxil olmasıdır”.