ABŞ-da işsizlik müavinəti üçün ərizələrin sayının azalması barədə xəbərlər fond bazarlarında müsbət əks-səda doğurub.
Median.Az xəbər verir ki, bu gün keçirilən hərraclarda “Dow Jones Industrial Average” (DJIA) indeksi 0,6 faiz artaraq 30.194,65 bəndə, “S P 500” toplam indeksi 0,44 faiz artaraq 3.703,62 bəndə çatıb, yalnız “Nasdaq” yüksək texnologiyalar indeksi 0,02 faiz azalaraq 12.805,39 bəndə geriləyib.
Bazardakı nikbinliyin mühüm səbəbi ötən il ölkədə işsizlik müavinəti almaq üçün verilən ilkin ərizələrin 803 mindən 89 minədək azalmasına dair rəsmi məlumatlar oldu. Həmçinin 5-12 dekabr tarixləri arasında işsizlik müavinəti alanların sayı 170 min azalaraq 5.337 minədək geriləyib.
Bununla belə noyabr ayında ölkə əhalisinin gəlirlərinin 1,1 faiz, məsrəflərinin də 0,4 faiz azalması indekslərin artımını bir qədər cilovlayan amil oldu.
Bundan əlavə, bazar ertəsi Konqresdə qəbul edilmiş 900 milyard ABŞ dolları dəstək zərfinin dünən Donald Tramp tərəfindən rədd edilməsi də diqqətlərdən yayınmadı. Belə ki, dövlət başçısı birbaşa ödənişin məbləğini 600 ABŞ dollarından 2 000 ABŞ dollarınadək artırmağı zəruri hesab edib.