Naxçıvanın təbii qaza olan tələbatını qarşılayacaq layihə ilə bağlı VACİB AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Naxçıvanın təbii qaza olan tələbatını qarşılayacaq layihə ilə bağlı VACİB AÇIQLAMA

“Layihə ilə 500 min əhalisi olan Naxçıvan Muxtar Respublikasının 500 milyon kubmetr həcmində təbii qaza olan tələbatı tam şəkildə qarşılanacaq”.

“Haber Global”ın məlumatına görə, bunu Türkiyənin Energetika və Təbii Qaynaqlar naziri Fateh Dönməz Türkiyədən Naxçıvan Muxtar Respublikası ərazisinə təbii qazın nəqlini təmin edəcək layihə ilə bağlı müqavilənin imzalanma mərasimində deyib.

Nazir bildirib ki, Türkiyə-Naxçıvan MR təbii qaz boru xətti Şərqi Anadalu xəttindən çıxış edərək, İğdır vilayətinin təbii qaz boru xəttinin davamı olacaq:

“Boru xəttinin İğdır vilayətindən Naxçıvan MR-nin Sədərək ərazisinə qədər olan Türkiyə hissəsi 85 km uzunluğunda olacaq. İllik 500 milyon kubmetr nəqletmə potensialı olan bu xətlə gündəlik 1,5 min kub metr təbii qaz daşınması həyata keçiriləcək. Bununla da Naxçıvanın təbii qaza olan tələbatı tamamilə qarşılanacaq”.

F.Dönməz qeyd edib ki, nəql ediləcək qazın həcmini nəzarətdə saxlamaq üçün stansiyanın da tikintisinə başlanılacaq və layihə bölgədə bir çox yeni imkanların və investisiyaların başlanğıcı olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            648 15.12.20 19:51