145 milyon manat həcmində biznes kreditinin ayrılması barədə qərar qəbul edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

145 milyon manat həcmində biznes kreditinin ayrılması barədə qərar qəbul edilib

Elektron Kredit Platforması sahibkarların kreditlərə çıxış imkanlarını genişləndirir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, biznesin dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün Nazirlik tərəfindən yaradılan Elektron Kredit Platforması sahibkarların kredit sifarişləri üçün əlverişli vasitəyə çevrilib.

İndiyədək Elektron Kredit Platforması üzərindən 907 milyon manat həcmində yeni biznes kreditinin sifarişi üzrə 3 200-dən çox müraciət daxil olub. Artıq 471 müraciət üzrə ümumi həcmi 145 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib.

Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat verilir.

Qeyd edilib ki, kredit-zəmanət mexanizminin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrdə iqtisadi fəallığın və məşğulluğun qorunub saxlanması, likvidliyin dəstəklənməsi baxımından xüsusilə əhəmiyyətlidir. Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi isə sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində müraciətlərə eyni vaxtda baxılması və statusunun real vaxt rejimində izlənməsi, həmçinin üç kredit təşkilatına eyni vaxtda müraciət imkanının yaradılması və s. kimi üstünlüklər yaradır. Beləliklə, sahibkarların kreditlərə çıxış imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 118 09.12.20 14:57