Azərbaycan neftinin qiyməti artıb.
“Azeri Light” markalı neftin bir bareli 0,52 ABŞ dollar bahalaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 44,78 ABŞ dollarını təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum 149,66 dollara satılıb.