Ombudsman beynəlxalq ictimaiyyətə çağırış etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Ombudsman beynəlxalq ictimaiyyətə çağırış etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə raket hücumları nəticəsində baş vermiş uşaq itkiləri barədə aralıq hesabat hazırlayaraq beynəlxalq təşkilatlara ünvanlayıb.

Aparatdan verilən məlumata görə, sözügedən hesabatın göndərilməsində əsas məqsəd Ermənistan silahlı qüvvələrinin 27 sentyabr - 9 noyabr 2020-ci il tarixlərində Azərbaycanda mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş verən insan tələfatları, xüsusən uşaq ölümləri ilə bağlı faktları beynəlxalq insan hüquqları təşkilatları da daxil olmaqla beynəlxalq ictimaiyyətə təqdim etmək olub.

Bu hesabat Ombudsman tərəfindən müxtəlif vaxtlarda Ermənistanın silahlı hücumlarından zərər çəkmiş Azərbaycanın rayonlarında kobud insan hüquqları pozuntusu faktlarını yerində araşdırmaq məqsədi həyata keçirilmiş 6 faktaraşdırma missiyasının nəticələrinə əsaslanaraq hazırlanıb. Habelə, hesabatda həmin hərbi təxribatlar nəticəsində ümumilikdə 12 uşağın öldüyü və 50-sinin isə ağır bədən xəsarətləri alaraq yaralandığı vurğulanıb.

Eyni zamanda hesabatda kobud insan hüquqları pozuntularının gələcəkdə bir daha baş verməməsi, habelə bu cür halların beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və sərt reaksiyanın bildirilməsi məqsədilə beynəlxalq ictimaiyyətə çağırış edilmişdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            777 20.11.20 19:13