BP: “Şahdəniz 2” layihəsi üzrə hasilat üçün 20 quyu qazılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

BP: “Şahdəniz 2” layihəsi üzrə hasilat üçün 20 quyu qazılıb

2020-ci ilin üçüncü rübü ərzində “Şahdəniz 2” layihəsi “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə sualtı quraşdırma işlərini plana uyğun davam edib.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, borudüzən gəmi vasitəsilə şərq-cənub cinahına bağlanan axın xətlərinin mexaniki quraşdırılması 8 oktyabrda təhlükəsiz şəkildə başa çatıb.

Dərinsulu şərq-cənub cinahından hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin birinci yarısına planlaşdırılır. Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.

Bildirilib ki, üçüncü rübdə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

Müvafiq dövr ərzində “Şahdəniz 2” layihəsi çərçivəsində hasilat və sonrakı artım üçün ümumilikdə 20 quyu qazılıb və bunlardan 16-sı tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazma işləri artıq 3864 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Eləcə də, D230 blokunda oktyabr ayında emal prosesi tam başa çatdırılıb və hazırda perspektiv strukturun qiymətləndirilməsi işləri aparılır.

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.

Quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin hazırda hökumət və ictimaiyyətlə müzakirələri davam edir. Sənədin təsdiqi ilə müvafiq icazələr alınmaqla quyunun qazılmasına 2021-ci ilin birinci rübündə başlanacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            747 16.11.20 18:03