Bakı Fond Birjasında 2020-ci ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 milyard 186,8 milyon manat təşkil edib.
Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi təkrar bazar üzrə ticarət həcmində 60 faiz, korporativ qiymətli kağızlar bazarı üzrə 97 faiz, repo əməliyyatları üzrə isə 81 faiz, səhmlər üzrə ilkin bazarda 132 dəfə, səhmlər üzrə təkrar bazarında isə 15 dəfə artım qeydə alınıb.
2020-ci ilin oktyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 10 faiz böyüyərək 2 milyard 705,3 milyon manat təşkil edib.