Azərbaycan Ukraynanın neft idxalında 63 faiz paya sahibdir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Azərbaycan Ukraynanın neft idxalında 63 faiz paya sahibdir

Azərbaycan Ukraynanın neft və xam neft idxalında 63 faizlik paya sahib olub.

Bu, Ukrayna Dövlət Gömrük Xidmətinin statistikasında öz əksini tapıb.

Ukraynanın neft idxalında Azərbaycan 62,68 faiz payla bu dövr ərzində Ukraynaya 216,16 milyon ABŞ dolları həcmində xam neft ixrac edib.

ABŞ isə idxalın 24,08 faizini təşkil edib və bu dövrdə ölkəyə 83,05 milyon dollarlıq xam neft ixrac edib. Liviya isə 13,21 faizlik paya sahib ölkə kimi Ukraynaya 45,56 milyon dollarlıq xam neft ixracı həyata keçirib.

Qeyd edilib ki, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Ukrayna 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə, neft və xam neft idxalını 1,7 dəfə və ya 438,33 min ton həcmində artıraraq, 1,05 milyon tona çatdırıb.

Müvafiq dövr ərzində ölkə 344,85 milyon ABŞ dolları həcmində xam neft idxal edib. Bu isə 2019-cu ilin yanvar-oktyabr aylarına nisbətən 9,3 faiz daha çoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            801 11.11.20 15:06