Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən verilən məlumata əsasən, hərraca çıxarılan məbləğin həcmi 100 milyon manat və notun nominal dəyəri isə 100 manat olacaq.
Notların tədavül müddəti 28 gün, ödəmə tarixi isə 9 dekabr 2020-ci ildir.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı ikidən artıq olmamalıdır. Notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.