Sosial sahədə Türkiyə sahibkarları ilə birgə layihələr hazırlanacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Sosial sahədə Türkiyə sahibkarları ilə birgə layihələr hazırlanacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyasının (TESK) rəhbəri Bendevi Palandökenlə görüşüb.

KOBIA-dan verilən məlumata əsasən, O.Məmmədov ölkəmizdə də bu sahənin dövlətin diqqət mərkəzində olduğunu, KOB-lara ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstək tədbirləri, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib.

Türkiyənin müvafiq qurumları ilə kiçik və orta sahibkarlıq sahəsində KOBİA-nın uğurlu əməkdaşlığı vurğulanıb.

KOBİA sədri Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının ölkə əhalisi, mülki infrastruktur və sahibkarlar üçün ağır nəticələri barədə məlumat verib, həmçinin, İzmirdə baş vermiş zəlzələdən təəssüfləndiyini bildirib.

Görüşdə ölkə regionlarında TESK və biznes assosiasiyalarla birgə layihələrin, o cümlədən, sosial sahibkarlıq sahəsində layihələrin həyata keçirilməsi, kiçik sahibkarların reyestrinin yaradılmasında TESK təcrübəsinin öyrənilməsi və KOB-ların fəaliyyətinin dəstəklənməsi üzrə birgə təşəbbüslər müzakirə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            738 02.11.20 16:18