Azərbaycanda əhali dollar alışını artırıb, rubl satışını isə azaldıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Azərbaycanda əhali dollar alışını artırıb, rubl satışını isə azaldıb

2020-ci ilin sentyabr ayının sonuna olan xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

Göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

Belə ki, 2020-ci ilin 9 ayı ərzində banklar tərəfindən 867,1 milyon ABŞ dollarının alışı həyata keçirilib. Cari dövrdə 2 milyard 800,3 milyon ABŞ dollarının satışı təmin edilib. 2019-cu ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 37,2 faiz azalıb, satışı isə 52,4 faiz çox olub.

Bu dövr ərzində 9 milyon 651,2 min dəyərdə ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 16 milyon 684 min funt sterlinqi həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış ötən ilə nisbətən 43,9 faiz çox olub, satış isə 24,3 faiz azalıb.

Yanvar-sentyabr ayları ərzində banklar tərəfindən 61,4 milyon avro həcmində alış baş tutub. Bu dövr ərzində 188,1 milyon dəyərdə avro satışı təmin edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 59,9 faiz azalıb. Həmçinin, cari valyuta üzrə satış həcmi də 56,1 faiz az olub.

İlin əvvəlindən sentyabr ayının sonuna olan göstəriciyə əsasən, 10 milyard 154,7 milyon Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 2 milyard 192,2 milyon rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 11,4 faiz azalıb. Həmçinin, rublun satışı da 2019-cu ilin 9 ayı ilə müqayisədə 17,8 faiz az olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            822 29.10.20 23:44