“Bakı Metropoliteni” növbəti açılış dövrünə hazırlaşır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

“Bakı Metropoliteni” növbəti açılış dövrünə hazırlaşır

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Xocasən” elektrik deposunun tikinti işlərinin davam etdirilməsi ilə əlaqədar satınalmalar həyata keçirib.

Oxu.Az-ın elektron dövlət satınalmaları portalından əldə etdiyi məlumatına əsasən, “Bakı Metropoliteni” QSC bu istiqamətdə üç şirkətlə, ümumi dəyəri 443 min 797 manat həcmində müqavilələr bağlayıb.

Belə ki, metropolitenin yeni bənövşəyi xəttinə aid olan “Xocasən” elektrik deposunun “Blok Post” binasında, 1 və 2 saylı Nəzarət Buraxılış Məntəqələrində kondinsioner sisteminin quraşdırılması işlərinin həyata keçirilməsi üzrə Türkiyənin “DNZ Mühendislik” şirkəti ilə dəyəri 122 min 989 manat olan müqavilə imzalanıb. Həmin məntəqələrin santexnika və istilik sistemlərinin quraşdırılması işləri “TMS LTD” MMC-yə həvalə edilib. Şirkət ilə 66 min 858 manat dəyərində müqavilə bağlanıb.

Həmçinin, elektrik deposunun mənzil tunellərində və 1A saylı ventilyasiya şaxtasında yanğın-texniki su xəttinin çəkilməsi işləri də “TMS LTD” MMC-yə tapşırılıb. Şirkətlə dəyəri 179 min 772 manat olan müqavilə imzalanıb.

Eyni zamanda, deponun ərazisində müxtəlif obyektlərdə və “B-3” stansiyasındakı Nəzarət Buraxılış Məntəqələrinin dizel generatorları binasında və 3 saylı ventilyasiya şaxtasında yanğın siqnalizasiya sisteminin quraşdırılması işləri üzrə “Fire Company” ilə razılıq əldə edilib. Satınalma üzrə şirkətə 74 min 178 manat vəsait ödəniləcək.

Qeyd edək ki, hazırda “Bakı Metropoliteni”nin “Xocəsən” elektrik deposunun tikintisi davam etdirilir. Deponun inşası ilə bağlı işlər qrafikə uyğun gedir. Birinci mərhələdə depo üç stansiyada xidmət göstərəcək qatarlara lazımi infrastruktur, təmir, qulluq baxımından önəmli rol oynayacaq. İkinci mərhələdə “Avtovağzal” - “Xocəsən” istiqamətində tunellərin inşasının başa çatması planlaşdırılır. Tunellərdən birində yol inftastrukturunun qurulması başa çatdırılıb. Digər tuneldə də bu istiqamətdə işlər davam etməkdədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            807 23.10.20 17:29