Dövlət Neft Fondundan dövlət büdcəsinə 8 milyard 852,5 milyon manat vəsait transfert edilib.
Bu barədə Maliyyə Nazirliyinin 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin icrasına dair məlumatda deyilir.
Belə ki, bununla da Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə məbləğ transferti olub.