Azərbaycanın yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsinin həcmi 18 milyard 403,27 milyon ABŞ dolları həcmində olub.
Burada ixracın həcmi 10 milyard 579,82 milyon dollar, idxalın həcmi isə 7 milyard 823,45 milyon dollar olub.
Beləliklə, Azərbaycanın xarici ticarət saldosunda 2 milyard 756,37 milyon dollar dəyərində müsbət saldo yaranıb.
Bu dövr ərzində xarici ticarət dövriyyəsində 178 ölkə iştirak edib. Xarici fəaliyyət iştirakçısının sayı 37 min 189 nəfər olub. Onlardan 28 min 837 nəfəri fiziki şəxslər, 7 min 352 nəfəri isə hüquqi şəxslər olub.
Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 235-i dövlət, 7 min 117 nəfəri isə özəl sektorun nümayəndələri olub.