“AzerGold” QSC kəşfiyyat, buruq-qazma, geotexniki və geofiziki tədqiqatların aparılması, həmçinin, laborator təhlili və ilkin istismar layihələrinin hazırlanmasına 19 milyon manat sərf edəcək.
Etender.gov.az-dan əldə edilən məlumata əsasən, müvafiq işlərin həyata keçirilməsini təmin edəcək açıq tenderin qalibi “Blasto” QSC olub.
Belə ki, müqaviləyə əsasən, “AzərGold” QSC həmin xidmətlərin icrası üçün şirkətə 18 milyon 994,5 min manat ödəniş edəcək.