Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 3,7 milyon tona yaxın neft ixrac edilib.
Median.Az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, bu müddət ərzində şirkət tərəfindən 148 mln kubmetrdən çox qaz həcmləri təşkil edilib.
Bu ilin üçüncü rübündə ölkə daxilində 2,3 mlrd kubmetrə yaxın qaz istehlak olunub, 3 milyard kubmetrdən artıq qaz isə ölkədən ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% çoxdur.
Rüb ərzində həm də SOCAR-ın müəssisələrindən istehsal olunmuş 571 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.