Azərbaycan təbii qazının Avropaya nəql edilməsini nəzərdə tutan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) dörd il yarımdan çox davam edən tikintisi başa çatıb.
Bu barədə TAP konsorsiumu məlumat yayıb.
Bildirilib ki, TAP boru kəməri Türkiyə-Yunanıstan sərhədindən cənubi İtaliyadakı qəbul məntəqəsinədək təbii qazla doldurulub.