SOCAR-ın şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 17 milyon manat ianə etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

SOCAR-ın şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 17 milyon manat ianə etdi

SOCAR-ın işçiləri könüllü şəkildə öz əmək haqqından 5 milyon manat məbləğində əlavə ianələr toplayıblar.

SOCAR-ın törəmə şirkəti (CDC) işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna 17 milyon manat məbləğində vəsait köçürüb.

Azərbaycan neftçiləri bu günlərdə arxa cəbhədə Azərbaycanın Silahlı Qüvvələrinə dayaq olmaqla bərabər, həm də ölkəmizdə elan edilmiş hərbi səfərbərlik çərçivəsində milli ordumuzun sıralarında Vətənə xidmət edirlər.

Azərbaycan Prezidentinin tarixi missiyası uğrunda sıx birləşən SOCAR işçiləri, şirkət tərəfindən köçürülən ianədən əlavə olaraq, öz əmək haqqlarından da fərdi ianələrin köçürülməsi üçün şirkət rəhbərliyinə müraciətlər ediblər.

SOCAR işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyona yaxın məbləğ də yaxın zamanda SOCAR tərəfindən Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüləcək.

SOCAR-ın müxtəlif müəssisələrində ianələrin toplanması davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            816 09.10.20 20:29