Energetika naziri Ermənistanın təxribatları ilə bağlı beynəlxalq enerji təşkilatlarına müraciət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Energetika naziri Ermənistanın təxribatları ilə bağlı beynəlxalq enerji təşkilatlarına müraciət edib

Energetika naziri Pərviz Şahbazov 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycanda mülki əhalini və strateji əhəmiyyətli enerji infrastrukturunu hədəfə alan davamlı hərbi təxribatları barədə beynəlxalq enerji təşkilatlarına rəsmi müraciət ünvanlayıb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, müraciət Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), Qaz İxrac edən Ölkələr Forumu (GECF), Beynəlxalq Enerji Xartiyası, Beynəlxalq Enerji Agentliyi (İEA), Dünya Neft Şurası (WPC), Dünya Enerji Şurasına (WEC) və Beynəlxalq Qaz İttifaqına (IGU) göndərilib.

Müraciətdə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq normalarına, xüsusilə də 1949-cu il Cenevrə Konvensiyasına və onun Əlavə Protokollarının tələblərinə məhəl qoymadığı qeyd edilib. Xüsusilə 04 oktyabr 2020-ci il tarixində regionun ən böyük elektrik stansiyası olan Mingəçevir istilik elektrik stansiyası, 06 oktyabr 2020-ci il tarixində isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin raket zərbələri ilə atəşə tutulması, həmçinin Cənubi Qafqaz Boru Kəməri, Qərb İxrac Boru Kəməri ətrafında təhlükəli vəziyyətin yaranması regional və beynəlxalq enerji təhlükəsizliyinə, bu layihələrdə təmsil olunan dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdləri kimi vurğulanıb.

“Azərbaycan Ordusunun beynəlxalq səviyyədə tanınan ərazilərimizdə hazırda apardığı əks-hücum əməliyyatları məhz Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına, regionda təhlükəsizlik mühitinin bərqərar olmasına yönəlib. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə də bu işğala son qoyulmasını, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.”

Müraciətdə beynəlxalq ictimaiyyət və tərəfdaş ölkələrin Ermənistanın işğalçılıq siyasətinə, strateji əhəmiyyət daşıyan beynəlxalq layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini raket hücumlarının hədəfinə çevirməsinə sərt şəkildə reaksiya verməsinə çağırış edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 127 09.10.20 20:18