Daşınar əmlakı girov qoymaqla kredit əldə etmək barədə məlumat verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |     13:16 Goranboyda 57 yaşlı kişini avtomobil vurub  |     13:14 Sabunçuda binanın zirzəmisinə çirkab suları dolur: Sakinlər şikayətçidirlər - VİDEO  |     13:07 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?  |     13:01 Mask Britaniyanı "polis dövləti" adlandırdı  |     12:59 Gəncədə təcili yardım maşını piyadanı vuraraq ÖLDÜRDÜ  |     12:54 Düşmənin gizli postundan YENİ GÖRÜNTÜLƏR - VİDEO  |     12:52 Sumqayıtda kişi sirkə turşusundan zəhərlənərək ÖLDÜ  |     12:25 Sosial şəbəkələrdə qumar oynanılır? - DİN hərəkətə keçdi - VİDEO  |     12:18 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?  |    

Daşınar əmlakı girov qoymaqla kredit əldə etmək barədə məlumat verilib

6 oktyabr tarixində Mərkəzi Bank ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən "Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin (DƏYDR) sahibkarlıq fəaliyyətində rolu" və "KOBİA və KOB Dostu xidmətinin fəaliyyəti" mövzularında vebinar keçirilib.

Mərkəzi Bankın məlumatına görə, sahibkarların iştirakı ilə keçirilən görüşdə DƏYDR-in mahiyyəti, təminat predmeti olan daşınar əmlaklar, daşınar əmlakı girov qoyaraq kreditin əldə olunması imkanları, müraciət prosedurunun asanlığı barədə məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb və informasiya resursunun üstün cəhətləri nümayiş etdirilməklə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Kiçik və Orta Sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb ki, DƏYDR-dən aktiv istifadəni təşviq etmək məqsədilə xidmət haqqların əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilib.

Vebinarda KOBİA tərəfindən kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində göstərilən dəstək tədbirləri barədə məlumat sahibkarların diqqətinə çatdırılıb.

Güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətlər üzrə müzakirələr aparılıb.

Ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda müvafiq görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 132 06.10.20 20:34