Hotellər və Restoranlar Assosiasiyası (DAİR) bir qrup təşəbbüskarın (Adnan Hüseyn, Fəxrəndə Həsənzadə və s.) irəli sürdükləri ideyanı dəstəkləyərək, ölkədə fəaliyyət göstərən hotel, restoran, kafe, ticarət və sair iqtisadi seqmentlərə aid olan müəssisələrin idarəetmə proqramlarını təmin edən şirkətlər və eyni zamanda, ölkədə e-kassa sisteminin tətbiq edilməsi ilə əlaqədar olaraq, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinə müraciət edərək, sosial təşəbbüsün dəstəklənməsinə çağırıb.
Assosiasiyadan Oxu.Az-a verilən məlumatda deyilir:
“İdeya ondan ibarətdir ki, qeyd edilmiş müəsissələrdə istehlakçılara təqdim edilən servis və kassa çeklərində #KarabakhisAzerbaijan #StopArmenianAggression (bunlar dəqiqləşdiriləcək və yeni təkliflər olduqda onlar da nəzərdən keçiriləcək) şüarlarının (cümlələrin) yazılmasıdır.
İdeyanın realizə edilməsi nəticəsində əhalinin və eyni zamanda (yaxın gələcəkdə - pandemiyadan sonrakı dövrdə) xarici qonaqların Qarabağ həqiqətləri haqqında məlumatlandırılmasını artırmaqdır.
Hesab edirik, Azərbaycanın hər bir vətəndaşı Qarabağla əlaqəli və torpağlarımızın işğaldan azad edilməsi istiqamətində hər hansı bir fəaliyyətdə fəal olmalı və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışlarına dəstək olaraq (#BizBirlikdəGüclüyük) Sizlərdən də bu təşəbbüsün dəstəklənməsini xahiş edib, bu istiqamətdə fəallıq nümayiş etməyinizə çağırırıq.
Hotellər və Restoranlar Assosiasiyası əlaqəli şirkətlərə müraciət edərək ideyanın realizə edilməsi üçün tələb edilən texniki imkanları artıq müzakirə edib və bu istiqamətdə yaxın günlərdə əməli proseslərin başlamasını planlaşdırıb”.
Nümunə olaraq aşağıdakı fotonu təqdim edirik: