Rövnəq Abdullayev Aydarbayevlə görüşdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Rövnəq Abdullayev Aydarbayevlə görüşdü

Sentyabrın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan verilən məlumata görə, görüşdə neft-qaz sənayesinin bütün sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə iş planı barədə fikir mübadiləsi aparılıb.

Görüşdə şirkətlər arasında geniş əməkdaşlıq perspektivləri, o cümlədən Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanlardan bəhs edilib.

“KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusu üzərində modernləşdirilmə işləri SOCAR-ın CDC şirkəti tərəfindən həyata keçirilir. “Sətti” üzən qazma qurğusu vasitəsilə Xəzərin Azərbaycan sektorunda qazma işləri aparılacaq. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, ”KazMunayGaz” Milli Şirkəti” Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən milli operatordur. Şirkət 2002-ci ildə yaradılmış, onun tərkibində 190-dan çox təşkilat birləşmişdir. ”KazMunayGaz”ın səhmdarları ”Samruk-Kazyna” Milli Sərvət Fondu (90%) və Qazaxıstan Respublikasının Milli Bankıdır (10%).скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 228 14.09.20 22:03