Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Median.Az xəbər verir ki, avqustun 27-də qızılın qiyməti avqustun 26-ı ilə müqayisədə 32,64 manat (1 faiz) artaraq 1 unsiya üçün 3 303,8735 manat təşkil edib.
Gümüş 1,4959 manat (3,35 faiz) bahalaşaraq 1 unsiya üçün 46,2006 manata bərabər olub.
Platinin qiyməti 13,447 manat (0,85 faiz) artaraq 1 587,8 manat, palladiumun qiyməti 16,575 manat (0,45 faiz) artaraq 3 718,614 manat təşkil edib.
Bir ay ərzində bir unsiya qızıl 18,6745 manat (0,6 faiz) bahalaşıb, gümüş 5,1855 manat (12,6 faiz) bahalaşıb, platin 13,396 manat (0,8 faiz) ucuzlaşıb, palladium 98,073 manat (2,6 faiz) ucuzlaşıb.
Bir il ərzində isə bir unsiya qızıl 706,4435 manat (27,2 faiz) bahalaşıb, gümüş 16,1554 manat (53,8 faiz) bahalaşıb, platin 130,067 manat (8,9 faiz) bahalaşıb, palladium 1 206,83 manat (48 faiz) bahalaşıb.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.