Azərbaycanda benzin və dizel yanacağı istehsalı artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:23 Bu küçədə yeni velosiped zolağı salınacaq  |     15:12 Bunu etsəniz, 800 manatadək cərimələnəcəksiniz  |     15:03 COP29 zolaqlarından hansı nəqliyyat vasitələri istifadə edə bilər?  |     14:56 COP29-la əlaqədar qeydiyyatdan keçən qonaqların sayı AÇIQLANDI  |     14:50 COP29 dönəmində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər  |     14:44 "Crocus" terroru ilə bağlı yeni təfərrüat: Məhv edilmiş telefonlar istintaqa kömək etdi  |     14:39 8 min metrlik zirvəni 50 dəfə fəth etdi: Yeni dünya rekordu  |     14:31 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib  |     14:28 Fransada Rusiya ilə silahlanma yarışına hazırlaşırlar  |     14:23 "Azərişığ"ın vəzifəli şəxsi Cəbrayılda avtomobil qəzasında həyatını itirdi  |     14:12 Bəzi ölkələrdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub  |     14:05 Lənkəranda öldürülən gəncin FOTOLARI (YENİLƏNİB)  |     14:01 Bakıda bacısını boğaraq qətlə yetirən şəxs məhkəmə qarşısında  |     13:49 Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb  |     13:43 Türkiyə XİN Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edib  |     13:38 Evdə tək qalan psixoloji problemli şəxs faciəli şəkildə öldü  |     13:31 Azərbaycanda tələbə qəfil vəfat edib - FOTO  |     13:26 Laçında yabanı halda bitən bir tondan artıq çətənə kolu məhv edildi  |     13:18 COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazə olmayacaq - RƏSMİ  |     13:10 Ruben Vardanyan barədə qərar verildi - VİDEO  |    

Azərbaycanda benzin və dizel yanacağı istehsalı artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,822 mlrd manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 0,9% azdır.

Hesabat dövründə 715,9 min ton həcmində avtomobil benzini, 1,304 mln ton dizel yanacağı, 14,7 min ton sürtkü yağları, 172,4 min ton neft bitumu istehsal edilib.

Avtomobil benzini istehsalı 0,3%, dizel yanacağı istehsalı 4,4%, sürtkü yağlarının istehsalı 18,5%, neft bitumunun istehsalı 30,2% artıb.

İlin 7 ayında ölkədə 159,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 280,3 min ton ağ neft, 41,8 min ton yanacaq mazutu, 126,9 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 6,6%, ağ neftin istehsalı 20,1%, yanacaq mazutunun istehsalı 34%, neft koksunun istehsalı 12,1% azalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 302 14.08.20 18:52