Bakıda alternativ qaz xətləri yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |     13:16 Goranboyda 57 yaşlı kişini avtomobil vurub  |     13:14 Sabunçuda binanın zirzəmisinə çirkab suları dolur: Sakinlər şikayətçidirlər - VİDEO  |     13:07 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?  |     13:01 Mask Britaniyanı "polis dövləti" adlandırdı  |    

Bakıda alternativ qaz xətləri yaradılır

Bakı şəhərində bir sıra ərazilərdə mövcud qaz xətlərinə alternativ xətlərin çəkilməsinə diqqət ayrılıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu üsuldan istifadə etməklə müəyyən ərazilərdə hər hansı texniki problem aradan qaldırılarkən qaz təchizatının dayandırılmasını minimuma endirməyə çalışılacaq.

Dairəvi sistem kimi işləyəcək bu xətlər qəza hadisələrinin təsirindən yaranan təchizatdakı dayandırmaların əhatə dairəsini azaldacaq. Hazırda Xəzər rayonu ərazisində 219 mm diametrli 5 800 metr uzunluğunda “Aşağı Şağan” qaz xəttinin 2 500 metrlik hissəsi əsaslı təmir olunur.

2003-cü ildə istifadəyə verilən bu xətlə qaz alan Buzovna, Şağan, Şüvəlan və Mərdəkan qəsəbələrinin təqribən 19 min abonenti tez-tez təchizatdakı problemlərdən narahatlıqlarını ifadə edirdilər. Həmin xəttin böyük hissəsi torpaq altında qalıb, dirəklərdən düşmüş vəziyyətdədir.

Son 17 il ərzində adları çəkilən qəsəbələrdə aparılan tikinti işləri, yol çəkilişləri zamanı “Aşağı Şağan” qaz xəttinin çox hissəsi torpaq altına düşdüyündən korroziyaya uğrayıb. Onu da qeyd edək ki, haqqında danışılan qaz xətti Sabunçu rayonunda hər hansı səbəbdən qaz verilişində fasilə yaranarsa, alternativ xətt kimi istifadə ediləcək.

Belə ki, fasilələr zamanı bu rayonda Bilgəh, Pirşağı və Kürdəxanı qəsəbələrinin təqribən 15 min abonentinin ehtiyaclarını “Aşağı Şağan” qaz xətti ilə ödəmək mümkün olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 356 04.07.20 15:13