“Amrah Bank” və “Atabank”dakı əmanətlər bu bank vasitəsilə qaytarılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

“Amrah Bank” və “Atabank”dakı əmanətlər bu bank vasitəsilə qaytarılacaq

Azərbaycan Mərkəzi Bankının aprelin 28-də lisenziyalarını ləğv etdiyi “Amrah Bank” və “Atabank” ASC-lərdə sığorta hadisəsi "Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq 28 aprel müəyyən edilib.

Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Fondun Himayəçilik Şurasının qərarına əsasən qorunan əmanətlərin qaytarılması üçün agent-bank qismində “Kapital Bank” ASC seçilib. Kompensasiyalar nağdsız qaydada, agent-bankın adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

“Kapital Bank”ın filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq. Belə ki, iyunun 1-dən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, iyulun 1-dən başlayaraq isə 30 min manat ekvivalentindən çox olan əmanətlər üzrə kompensasiyaların verilməsi nəzərdə tutulub.

ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara əlavə məlumat veriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 643 08.05.20 18:37